Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb.
Bineqedi.com saytı DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Bineqedi.com