“Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”

0
120
receb-tayyib-erdogan

“Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”.

Bineqedi.com saytı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: “Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram”.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacib məqamdır”.

Dövlət başçısı həmçinin Nikol Paşinyanın Türkiyəyə səfərini də yüksək qiymətləndirib: “Baş nazir daxildəki müxaliflərə baxmayaraq, ölkəmizə səfərə gəldi. Nikol Paşinyanla ayaqüstü söhbətləşdik və ona səfərə gəldiyinə görə təşəkkür etdim”.

“Cənubi Qafqazda sülh üçün imkan yaranıb”.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də müsbət təsir edəcək: “Azərbaycanda olanda həmkarım İlham Əliyevlə Ermənistanla münasibətlərin normallaşmasına dair müzakirələr apardıq. Artıq regionda sülh üçün imkan yaranıb. Bu fürsətin əldən verilməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır”.

Bineqedi.com

Əvvəlki məqaləBanklardan kredit götürüb ödəyə bilməyənlər, “qara siyahı”dan belə çıxa bilərsiniz – VİDEO
Növbəti məqalədəBinəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR