Laçın sərhəd-keçid məntəqəsi atəşə tutuldu – Hərbçimiz yaralanıb

0
123

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. 

Bu barədə “Caliber” məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Ermənilərin atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atəşdən sonra erməni hərbçiləri postlarını tərk ediblər.

Dövlət Sərhəd Xidməti Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması ilə bağlı məlumat yayıb.

Bineqedi.com saytı DSX-yə istinadən xəbər verir ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədində buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib.

Bineqedi.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.

Əvvəlki məqaləBinəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR
Növbəti məqalədə“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” – Mirzoyan