Bu dərmanların satışı qadağan edilir

0
108

Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənəcək və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan ediləcək.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan edilir. Azərbaycanda istehsal olunan və yalnız ixrac edilməsi nəzərdə tutulan dərman vasitələri dövlət qeydiyyatına alındıqda, onun qiyməti tənzimlənməyəcək.

Həmin dərman vasitəsinin dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan ərazisində satışı nəzərdə tutulduğu halda isə həmin dərman vasitəsinin qiyməti dərman vasitələri istehsalçısının müraciəti əsasında tənzimlənəcək.

Azərbaycana dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.

Dəyişikliklə, Qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır. Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.

Əvvəlki məqaləBinəqədidə biznesmeni intihara öz işçisi sövq edibmiş? – İDDİA
Növbəti məqalədəPA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üzrə qəbul cədvəli