Binəqədidə şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirilib – Fotolar

0
107
Binəqədi Rayon İcra Hakimiyyəti və Heydər Məsçidinin birgə təşkilatçılığı ilə “Versal” şadlıq sarayında Qurban bayramı münasibətilə şəhidlərimizin xatirəsinə həsr olunan tədbir keçirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirdə qonaqlar, ictimai təşkilatların rəhbərləri, İlahiyyat İnistitunun əməkdaşları, din xadimləri Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb.
Bayram süfrəsi duası oxunduqdan sonra tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Heydər Məscidinin İmamı Rüfət Qarayev, İlahiyyatçı alim Ağa Hacıbəyli, İlahiyyat İnistitunun Dilşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, yazar Muxtar Cəfərli, araşdırmaçı jurnalist, yazar, publisist Aydın Tağıyev, şəhidlərin valideynləri və ailə üzvləri çıxışlarında Azərbaycanda dini dəyərlərimizə hörmət, onların qorunub saxlanmasından və təbliği dövlət siyasətimizin ayrılmaz tərkib hissəsi olduğundan, hər il ölkəmizdə Qurban bayramı böyük təntənə ilə qeyd edilməsini, 44 günlük Vətən savaşında xalqımızın böyükdən kiçiyə hərkəsin Ali Baş komandanın Dəmir yumruğu ətrafında birləşməsindən, şəhidlərimizin döyüş yolundan danışılıb. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıya görə hədsiz fəxarət hissləri keçirdiklərini bildirərək, bayram təbriklərini ünvanlayıblar.
Bineqedi.com 
Əvvəlki məqaləBakı-Xocəsən yolunda dəhşətli qəza: Ölən var – VİDEO
Növbəti məqalədəAzərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb