Binəqədidə partlayan su borusu suyun küçəyə axmasına səbəb oldu – VİDEO

0
139

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində içməli su borusu partlayıb.

Bineqedi.com saytı Xezerxeber.az-a istinadən xəbər verir ki, Zahid Qəmbərov 2 ünvanında yerləşən yaşayış binasının sakinləri vəziyyətdən narazıdırlar.

Suyun həyətə sızması xüsusilə birinci mərtəbədə yaşayan ailələrə çətinlik yaradıb.

“Borudan sızan su binanın altına axır və ətrafa qoxu yayır”, – deyə sakinlər qeyd ediblər.

Borunun su sızdırması həm də ətrafda yaşayan digər sakinlərin evlərinə gedən suyun təzyiqini azaldıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, sözügedən su xətti istismar müddətini başa vurub:

“Yaxın zamanda su borusunun yararsız olan hissəsi kəsilərək yenisi ilə əvəz olunacaq”.

Daha ətraflı süjetdə:

Əvvəlki məqaləQanunsuz erməni silahlı birləşmələri Qarabağda silah daşıyır – VİDEO
Növbəti məqalədəAzay Quliyev: “İrəvanda Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunacağına inanmırıq”