Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1260 kvadratmetr (hər mərtəbəsi 420 kvadratmetr) olan üçmərtəbəli tikilinin 2-ci mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının taxta üzlüyü, içərisində olan taxta rəflər, avtomobil ehtiyat hissələri və 1 ədəd kondisioner yanıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bineqedi.com