Binəqədidə dəhşətli hadisə: Avtomobil ölmüş qadının üzərindən keçdi

0
160
bineqedi-rayon-polis-idaresi

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bineqedi.com xəbər verir ki, hadisə iyulun 3-də saat 21:35 radələrində Xocasən-Meyvəli yolunda qeydə alınıb.

Belə ki, Paşa Əsgərov idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə hərəkətdə olarkən naməlum sürücü tərəfindən vurulan qadın meyitinin üstündən keçib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb. Qadını ilk olaraq hansı avtomobilin vurması araşdırılır.

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi da baş verib.

Hadisə Binəqədi şosesində qeydə alınıb.

1999-cu il təvəllüdlü Murad Məhəmməd oğlu Nəciyev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqaləHərbi xidmətə yararsızlığa dair saxta tibbi rəy verən şöbə müdiri məsuliyyətə cəlb edildi
Növbəti məqalədəDövlət Agentliyinin rəhbəri: “İcbari tibbi sığorta üzrə qiymətlər artırılacaq”