Binəqədidə 9 gün əvvəl maşın vurmuş kişi öldü

0
185
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakıda 9 gün əvvəl vurulan piyada ölüb.

Bineqedi.com xəbər verir ki, hadisə iyulun 2-də saat 22 radələrində Binəqədi rayonu, Binəqədi şosesində BDYPİ-nin yaxınlığında baş verib. Sürücü 37 yaşlı Abbasov Rəşad Sahib oğlu idarə etdiyi “Mersedes Benz 180” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 76 yaşlı Məmmədov Ağahüseyn Əzizəli oğlunu vurub. Piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, iyulun 11-də saat 03:10 dəqiqədə orada ölüb.

Bakıda intihar hadisəsi də baş verib.

Hadisə Binəqədi şosesində qeydə alınıb.

34 yaşlı Fariz Barat oğlu Orucov həmin ünvanda yerləşən 3 mərtəbəli tikilidə özünü asaraq intihar edib.

Məlumata görə, Fariz Orucovun maddi sıxıntıları varmış.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə qəbrin hasarı hansı məqsədlə sökülüb? – VİDEO
Növbəti məqalədəBinəqədidə bu ərazilərdə qaz kəsiləcək – XƏBƏRDARLIQ