Madər Musayev vəfat etdi – 10 saylı Binəqədi üçüncü seçki dairəsindən millət vəkili idi…

0
103

Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.

Bineqedi.com xəbər verir ki, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Xatırladaq ki, Madər Musayev XII çağırış Azərbaycan Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bütün çağırışlarında deputat seçilib. O, bununla da ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.

1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971- ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Gürcüstan, İran, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Əvvəlki məqaləBinəqədidə kişi arvadını bıçaqlayıb
Növbəti məqalədəBinəqədidə əməliyyat : İnsanları zəhərlənməyə çalışan dəstə ələ keçdi – VİDEO