Binəqədidə mənzildə meyit tapılıb

0
49
evden-meyit

Bakının Binəqədi rayonunda mənzildə meyit tapılıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib”.

Bakıda tualetdən meyit tapılıb.

Hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Orada yaşayan 32 yaşlı Rahim İsayevin meyiti sanitar qovşağında aşkar edilib. Onun meyitini xalası tapıb.

Ölümün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə qamışlıq ərazidə yanğın olub
Növbəti məqalədəElxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi – FOTOLAR