Bakıda 46 nömrəli avtobusda partlayış baş verib.
Bineqedi.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Hadisə Köhnə Günəşli qəsəbəsində, avtobusun sonuncu dayanacağında qeydə alınıb.
Xoşbəxtlikdən nəqliyyat vasitəsinin içində sərnişin olmayıb.
Partlayışdan sonra avtobus tamamilə yanıb.
***
“Vətən” şirkətinə məxsus “İsuzu Citibus” markalı 99JU545 dövlət qeydiyyat nişanlı avtobus Xətai rayonu ərazisində partlayaraq yanıb.
***
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə bağlı məlumat yayıb:
“Bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb”.