Prezident İlham Əliyev SOCAR-ın vitse-prezidentləri ilə bağlı Sərəncam imzalayıb.
Bineqedi.com xəbər verir ki, Sərəncama əsasən, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə (SOCAR) 6 yeni vitse-prezident təyin edib.
Dövlət başçısının müvafiq Sərəncamları ilə aşağıdakı şəxslər sözügedən vəzifəyə təyin olunublar:
Arzu Sahib qızı Cavadova;
İsmayıl Fikrət oğlu Zərgərli;
Ziba Tacəddin qızı Mustafayeva;
Babək Elbəniz oğlu Hüseynov;
Əfqan Elçin oğlu İsayev;
Anar Fərruh oğlu Məmmədov.