Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
115

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin rayon ərazisində sahibsiz heyvanların yığışdırılması, M.Cəlal küçəsi 41 ünvanında abad həyətdə söhbətgahda masanın yerləşdirilməsi və binanın girişlərinin dezinfeksiya olunması, A.Məmmədov küçəsi 55 ünvanında quru ağacların kəsilməsi, A.Məmmədov küçəsi 135 və 137 ünvanlarında ağacların budanması, A.Məmmədov küçəsi 87 ünvan ərazisində işıq dirəklərində lampaların dəyişdirilməsi, vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi rayonunda sudan qeyri-qanuni istifadə halı aşkarlanıb
Növbəti məqalədəBinəqədidə yeniyetmə bıçaqlanıb