Binəqədidə açıq ərazidə yanğın olub

0
64
bineqedi-yangin.png

Binəqədi rayonunda açıq ərazidə yanğın hadisəsi baş verib.

Bineqedi.com xəbər verir ki, hadisə “Baksol” yolu istiqamətində quru ot və kol-kos yanıb.

Yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzi (NİİM) sürücülərə alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməyi tövsiyə edib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.  Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilib, operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əvvəlki məqaləBinəqədidə yeniyetmə bıçaqlanıb
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO