Binəqədidə itkin düşən yeniyetmə tapıldı – FOTO

0
59
besinci-polis-bolmesi.

Bakıda 17 yaşlı yeniyetmə itkin düşüb.

Bineqedi.com xəbər verir ki, ötən gün Abdulrəhmanlı Əli “Neftçi”nin oyununa baxmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində araşdırma aparılır.

Məlumata görə, Ə.Abdulrəhmanlı bu il universitetə qəbul olub.

Onu görənlərdən 051 506 12 82 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

***

Ötən gün itkin düşmüş Ə.Abdulrəhmanlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Əvvəlki məqaləBinəqədidə “Mercedes”dən 20 min manat oğurlandı
Növbəti məqalədəBinəqədinin icra başçısı Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirilib – Fotolar