Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Fotolar

0
70

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Bineqedi.com-un məlumatına görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Şəhid Telman Kəlbiyev küçəsində (Haça dağ) kanalizasiya xəttinin bərpa olunması, vətəndaşa şəxsiyyət vəsiqəsi almaq üçün köməklik göstərilməsi, G.Ramazanov küçəsində kanalizasiya xəttinin 100 m-lik tutulan hissəsində borunun dəyişdirilməsi (Mədrəsənin yanından Məscidə tərəf), Şəhid Fəxrəddin Qurbanlı küçəsində yerləşən ünvanın kanalizasiya xəttinə qoşulması, Karvan küçəsinə yeni işıq transformatorun qoyulması, Aztəminatlı ailəyə məktəbli formasının alınmasında köməklik göstərilməsi, Cəfər Cabbarlı küçəsinə qaz xəttinin çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Bineqedi.com

Əvvəlki məqaləTəmizlik aksiyasında Binəqədi RİH-in rəsmiləri və əməkdaşları da iştirak ediblər – Fotolar
Növbəti məqalədəPrezident İlham Əliyev Bakıda dərman istehsalı zavodunun açılışında iştirak edib – FOTOLAR