Səyyar görüşlərdə qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı iclas keçirilib – Fotolar

0
111

Binəqədi Rayon İcra Hakimiyyətində RİH başçısının səyyar görüşlərində qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı iclas keçirildi.
Bineqedi.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar – əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.
İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, RİH başçısı aparatının şöbə müdirləri, bələdiyyə sədrləri və xidmət sahələrinin rəhbərləri ilə birgə iyul və avqust aylarında keçirilən görüşlərdə qaldırılan məsələlər barədə müzakirələr aparıldı, eləcə də onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məsul şəxslərə və aidiyyəti qurumlara tapşırıqlar verildi.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə mənzildən meyit tapıldı
Növbəti məqalədəBinəqədidə yük avtomobili körpünün altına ilişib, tıxac yaranıb – FOTO