Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti ilə qanunsuz hərbi daşımaları davam etdirirlər – VİDEO

0
122

Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.

Onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.

 

 

Əvvəlki məqaləPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
Növbəti məqalədəBakıda eyni evi bir neçə adama satdı – Zərərçəkənlərin sayı artır