7-ci mikrorayonda mebel sexində yanğın olub – Video

0
152
sobsan-yangin

Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində yanğın olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-dən bildirilib ki, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Həmçinin, qəza-xilasetmə əməliyyatı zamanı 1 nəfərin meyiti suda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəki mebel sexindəki yanğının söndürülməsi ilə bağlı yaydığı görüntüləri təqdim edirik.

Əvvəlki məqalə“Müharibə yeganə çıxış yolu idi” – Prezident – Video
Növbəti məqalədəAzərbaycan bayrağını təhqir edən 3 erməni saxlanıldı