Binəqədidə quldurluq edən dəstə ələ keçirildi

0
104
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda quldurluq edənlər saxlanılıb.

Bineqedi.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 31-də Binəqədi rayonu ərazisində 1 nəfərin cibindən 1310 manat pulu quldurluq yolu ilə alınıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş O.Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobildə sərnişinləri, əvvəllər məhkum olunmuş R.Sayılov, R.Məmliyev, həmçinin Abşeron rayon sakinləri N.Şirəliyev, M.Məcidov və T.Məcidli ilə birgə müəyyən olunaraq saxlanılıblar.

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi də baş verib.

Rəsulzadə qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Tamara Yezgey qızı Bağırovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli inci və bazu sümüklərinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədinin bir hissəsində qaz olmayacaq
Növbəti məqalədəBiləcəridə yol bərbad vəziyyətdədir – VİDEO