Binəqədidə daha bir məhəllə abadlaşdırıldı – Foto

0
62
Rayon ərazisində mərhələli qaydada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 7-ci mikrorayonda A.Kunanbayev küçəsi 16, 16a, 18 və 20 saylı binaların həyətlərində yerləşən sahəsi 1,0ha olan abad məhəllədə cari təmir işləri həyata keçirilmişdir.
Bineqedi.com saytına verilən məlumata görə, aparılan təmir işləri zamanı həyətdə mövcud olan stadionda 350 m2 asfalt örtüyü rezin örtüklə əvəz edilmiş, qapıları yenilənmiş, dəmir torları rənglənmiş,həyətdə əlavə idman və əyləncə qurğuları quraşdırılmış, səki kənarlarında üzlük aqlay və tamet daşları yenilənmiş, söhbətgahlarda cari təmir işləri aparılmış, gecə işıqlandırılması sistemində mövcud olan nasazlıqlar aradan qaldırılmış və ümumi təmizlik işləri görülmüşdür.
Həmçinin “Azadlıq” metrostansiyasının üzərində yerləşən parkın 0.3 ha sahəsi olan aşağı hissəsində yenidənqurma və təmir-bərpa işləri aparılmışdır. Görülən işlər çərçivəsində parkın ərazisindəki pilləkənlərin üzlük aqlay daşları yenilənmiş, ərazidə 1990 m2 tamet daşları döşənmiş, 450 metr səki daşları düzülmüş, 8 ədəd oturacaqlar, 6 ədəd işıq dirəkləri quraşdırılmış, 400 m2 sahədə yaşıllıq tədbirləri görülərək yaşıl çəmən otu salınmış və 15 ədəd ağac əkilmişdir.
Bineqedi.com
May be an image of grassMay be an image of grass
No photo description available.
No photo description available.
No photo description available.
May be an image of grass and tree
May be an image of 1 person
Əvvəlki məqaləPrezident İlham Əliyev türk dövlətlərinin nazirlərini qəbul edib – FOTO
Növbəti məqalədəBinəqədidə avtomobil 62 yaşlı qadını vurdu