Binəqədidə qaçırıldığı deyilən 14 yaşlı qız ailəsinə qaytarıldı

0
62
polis-masini-hebs-cinayet

Bakı şəhərinin Binəqədi rayonunda itkin düşmüş qız tapılıb.

Bineqedi.com saytı xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qız Masallı rayonunda  tapılıb. Onun qohumunun evində olması müəyyən olunub: “Yeniyetmənin ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb”.

Qeyd edək ki, anası 14 yaşlı qızının itkin düşməsi barədə sentyabrın 10-da polisə müraciət etmişdi.

Əvvəlki məqaləBu dəfə dəmir iradə öz sözünü dedi – Deputat yazır
Növbəti məqalədəBinəqədidə bu binalara 32 ildir istilik verilmir – VİDEO