Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Ryaon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 300 nömrəli tam orta məktəbdə 2023-2024-cü il yeni tədris ilinin başlanması ilə əlaqədar maarifləndirici görüş keçirilmişdir.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Binəqədi Ryaon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon Polis İdarəsinin rəis müavini polis kapitanı Rasim Qocayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssissələrinin direktorları və psixoloqları iştirak edirdilər.
Görüş zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Rayon Polis İdarəsinin rəis müavini polis kapitanı Rasim Qocayev çıxış etdilər. Çıxışçılar tərəfindən 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar olaraq, tədris müəssisələri və onların ətrafında ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq tədbirlər planına uyğun olaraq hər bir təhsil müəssisəsinə tələb olunan sayda əməkdaşların təhkim edilməsi, təhsil müəssilərinin ətrafında nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi o cümlədən sərbəst və maneəsiz hərəkət axının təmin edilməsi məqsədilə valideynlər tərəfindən dayanma və durma qaydalarına, o cümlədən avtomobilin piyadalar üçün nəzərdə tutulmuş səkilərdə və ictimai nəqliyyat duracaqları ilə bağlı müvafiq izahedici söhbətlərin aparılması qaydaları ətraflı izah edilmişdir.
Həmçinin mütəmadi olaraq tədris prosesindən yayınan, dərsə davamiyyəti aşağı olan, çətin tərbiyə olunan, öz mənfi davranışı ilə digər şagirdlərin də təlim tədrisinə neqativ təsir göstərən, zərərli vərdişlərə meylli (tütün məmulatları, spitli içkilər), dini radikalizmə, kriminal ünsürlərə rəğbət bəsləyən, əməyinin istismarı məqsədilə valideyn tərəfindən bilərəkdən təhsildən yayındırılan şagirdlər olarsa, yəni belə hallarla qarşılaşılarsa, zəruri və qabaqlayıcı tədbirlərin görülməsi üçün Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya və Qəyyumluq və himayəçilik Komissiyası və Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinə məlumat verilməsi haqqında müvafiq izahatlar verilmişdir.
Görüş diskusiya şəklində davam etmişdir.
Bineqedi.com