Binəqədidə avtotəmir sexindən oğurluq edən keçmiş məhkum saxlanılıb

0
118
besinci-polis-bolmesi.

Bakıda avtotəmir sexindən oğurluq edən keçmiş məhkum saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 15-də rayon ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə 300 manat dəyərində avtomobil ehtiyat hissəsi talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zamin Quliyev saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində köşklərin birindən 150 manat pul, 2000 manat dəyərində tütün məmulatı, bir evdən isə 2250 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Nurlan İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.

Əvvəlki məqaləBinəqədidə partiya fəalları və sakinlərlə növbəti görüş keçirildi – Foto
Növbəti məqalədəMenendezin Azərbaycana qarşı planı baş tutmadı