Düzgün kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir

0
15570
babayev-hacibaba-adil-oglu

Son illər Binəqədi rayonunda görülən işlər, həyata keçirilən tədbirlər vətəndaşların ürəyincədir. Cənab Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr rayonumuzda uğurla həyata keçirilir və zaman keçdikcə vətəndaşlar bunun nəticəsini öz həyatlarında daha çox hiss edirlər.

Binəqədi rayonunda həyata keçirilən islahatlardan biri də yeni, layiqli kadrların önə çəkilməsi ilə bağlıdır.

Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra Elxan Allahverdiyevin rəhbərliyi ilə bu sahədə önəmli işlər görülüb.

Düzgün kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir.

Prezident İlham Əliyevin tapşırığı ilə ölkənin bütün qurumlarında, dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar irəli çəkilir.

Məhz kadr siyasətində düzgün addımların atılmasının gərəkliliyindən danışan möhtərəm Prezidentimiz İlham Əliyev bəzi hallarda rəhbərlərin özlərinə yaxın olan, sadiq saydıqları kadrları önə çəkmələrini, lakin o kadrların digər xüsusiyyətlərinin nəzərə alınmamasını qəbuledilməz hesab edir.

Dövlət başçısının kadr təyinatında irəli sürdüyü əsas tələb ondan ibarətdir ki, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir.

Dövlətçiliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir.

Eyni zamanda, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır.

Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır.

Kadr islahatlarının həyata keçirilməsi isə əlbəttə ki, idarəetmənin təkmilləşdirilməsi məqsədinə xidmət edir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinə təyin olunmuş Hacıbaba Adil oğlu Babayev də məhz belə kadrlardandır.

Hacıbaba Adil oğlu Babayev 01.01.1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilib. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli 157 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir, iki övladı var.​

Hacıbaba Adil oğlu Babayevə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayır, qarşıya qoyulan bütün tapşırıq və hədəflərə uğurla nail olmasını diləyirik.

Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

Əvvəlki məqaləNövbəti hədəfimiz qanunsuz birləşmələrin Qarabağdan çıxarılması olacaq
Növbəti məqalədəMətbuat Şurası jurnalistlərə müraciət etdi