“Lazımsız informasiya yayan 10-a yaxın şəxs nazirliyə dəvət olunub”

0
105
DİN-Elsad

“Lazımsız informasiyalar yayan 10-a yaxın şəxs nazirliyə dəvət olunaraq söhbətlər aparılıb”​.

Bineqedi.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu gün keçirilən brifinqdə deyib.

“Həm müraciət edib, həm də xəbərdarlıq edirik ki, yayılan informasiyalara diqqət yetirsinlər. Polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. İndiyə olan məlumata görə, qanunazidd olan heç bir məlumat daxil olmayıb. Vətəndaşların təhlükəsizliyi tam qorunur. Bununla bağlı kim təhlükə görürsə, polisə müraciət edə bilər. Bir daha vətəndaşlardan xahiş olunur ki, social şəbəkələrdə yayılan məlkumatlara diqqət etsinlər. Bəzi xəbərlər qarşı tərəfin öz cəmiyyətlərində nikbinlik yaratmaq məqsədli manipulyativ xəbərlərdir. Bu, Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək niyyətindən irəli gələn iddialardır və həqiqət deyil”.

“Dünəndən başlayaraq Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən nikbin müraciətlər daxil olur, antiterror tədbirlərini dəstəkləyirlər”.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır:

“Onların yaydığı məlumatların 100 faizi yalandır. Həmin ərazidə olan tədbirlər yüksək dəqiqliklə aparılır“

 

Əvvəlki məqaləErməni terroru nəticəsində həlak olan polis Seymur Mahmudov Binəqədidə torpağa tapşırılıb – FOTO
Növbəti məqalədəSeparatçılar təslim oldu – Rəsmi