Binəqədidə 6 otaqlı ev yandı

0
93
yangin

Bakıda 6 otaqlı evdə yanğın olub.

Bineqedi.com saytı xəbər verir ki, FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı sakini qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxt sakini olan bir nəfərin içərisində 2970 manatı, 4 ədəd bank kartı və sənədi olan cüzdanı oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Mahmudova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqaləXİN başçısı: “Günahkarların məsuliyyətə cəlb olunması normallaşma və sülh prosesində ən vacib şərtlərdəndir”
Növbəti məqalədəDörd polis və iki mülki şəxsin öldüyü terroru törədənlər saxlanılıb