Vardanyan Laçın postunda saxlanıldı – Bakıya gətirildi – Video

0
99

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

“Xəzər xəbər” Vardanyanın saxlanılma anının videosunu əldə edib.

Həmin görüntüləri təqdim edirik:

Əvvəlki məqaləAntiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olub
Növbəti məqalədəPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar – Video