Elşad Hacıyev: “Azad edilən ərazilərimiz 30 il ərzində cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib”

0
102

“İşğaldan azad edilən ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib”.

Bineqedi.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ərazilər “boz zona” hesab edildiyinə görə burada yetişdirilən, becərilən, hazırlanan, emal edilən narkotik vasitələrin müxtəlif marşrutlarla daşınması faktı var: “Bu narkotik vasitələrin əsas istiqaməti 30 il ərzində Azərbaycan xalqının genefonduna zərbə vurmaq idi. Bu narkotik vasitələr Ermənistanın daxili bazarı üçün nəzərdə tutulmayıb. Bütün faktlar onu deməyə əsas verir ki, ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib”.

“Qarabağ iqtisadi rayonunun bütün bölgələrində, küçələrdə, kəndlərdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparılır”.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birgə bu işin təşkili və aparılması diqqət mərkəzindədir: “Yalnız narkotik vasitələr yox, sürpiz mina hallarına qarşı da ciddi şəkildə işlər həyata keçirilir. Dünən də bir neçə rayonda, körpülərdə, su hövzələrində və insanların hərəkət edə biləcəyi ehtimal olunan yerlərdə mina təhlükəsinin olduğu müəyyənləşib”.

“Xocalıda aşkarlanan çətənə kolu sativa növüdür və dünya bazarında daha çox alınır”.

Onun sözlərinə görə, antiterror tədbirləri keçirilənə və ondan əvvəlki vaxta qədər Xocalıda 100 hektardan çox ərazidə aşkarlanan kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyasına ciddi şəkildə qulluq edilib: “Mütəxəssislər hesab edirlər ki, həmin bu nartkotik vasitə yəni, çətənə kolu sativa növüdür. Bu sativa növü dünya bazarında daha çox alınan və tələbata ehtiyacı olan növdür. Qara bazarda bunun qurudulmuşunun bir kiloqramının qiyməti 8-10 min manat arasında dəyişir”.report.az

Əvvəlki məqaləQapanmalar olacaq? – Ölkəmizdə koronavirusun yeni növü yayıla bilər
Növbəti məqalədəBinəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir