Binəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR

0
161

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.com saytı Binəqədi sakinlərinin dövlət başçısına ünvanladıqları məktublardan bəzilərini təqdim edir:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Son günlərdə xalqımıza yenidən yaşatdığınız qürur dolu günlər üçün, tarixi qələbə üçün Sizə minnətdarıq.

Keçmiş məcburi köçkünlər olaraq, həmişə arzuladığımız və reallaşacağına ümidimizi bir an belə itirmədiyimiz günləri bizə yaşatdığınız üçün, xalqın etimadını yenidən, özü də artıqlaması ilə doğrultduğunuz üçün Sizə təşəkkür edirəm.

Yeriniz hər zaman uca, qismətiniz zəfərlər olsun!

Hörmətlə,

Babaşov Babək Cəlal oğlu, sahibkar.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

*** 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizə minnətdarlığımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sizin kimi bir Liderlə eyni dövrdə yaşadığıma görə xoşbəxtəm və bizim Prezidentimiz olduğunuz üçün çox qürurluyam.

Uğurlarımız düşməni məyus edir, xalqımızı sevindirir.

Əmin olun ki, cəmiyyətimizin bütün üzvləri Sizi dəstəkləyirlər.

Hörmətlə,

Abbasova Elnarə Müzəffər qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

*** 

Hörmətli cənab Prezident.

Bu günlərdə Sizin komandanlığınızla şanlı Ordumuzun daha bir möhtəşəm qələbəyə imza atması hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirdi. Lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində Qarabağda erməni separatizminin kökü kəsildi. Azərbaycan Ermənistana və bütün dünyaya bir daha göstərdi ki, ərazi bütövlüyünə, suverenliyinə qarşı yönələn istənilən təxribata ən yüksək səviyyədə və layiqli şəkildə cavab vermək gücündədir. İkinci Qarabağ müharibəsində olduğu kimi, bu qələbəmiz də Sizin əzminiz, qətiyyətiniz, “dəmir yumruğ”unuz sayəsində mümkün oldu. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının gücünü, Ordumuzun qüdrətini bir daha gördü.

Əziz Prezident, Azərbaycan xalqı, dünya azərbaycanlıları fəxr edirlər ki, xalqını, Vətənini sevən və qoruyan Sizin kimi Ali Baş Komandanı , sözünü həmişə cəsarətlə deyən Lideri var. Sizi çox sevirik. Var olun, cənab Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Qocayeva Elnarə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

*** 

Əziz Prezident!

Siz tarixdə əbədi iz qoymuş lidersiniz. Siz həqiqətən Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş bir qəhrəmanlıq səhifəsi yazmısınız. Torpaqlarımızı işğaldan azad etməklə 30 illik Qarabağ həsrətimizə son qoydunuz, bizə qalib ölkənin qalib vətəndaşı olmaq sevincini yaşatdınız. Bu gün biz öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqıq. Siz, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməklə onun ruhunu şad etdiniz. Bir neçə gün əvvəl Qarabağ bölgəsində böyük uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Sizinlə – Müzəffər Ali Baş Komandanımızla, Ordumuzla bir daha fəxr etdik.
Cənab Prezident, biz fəxr edirik ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşlarıyıq.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandanımız!

Hörmətlə,

Ramazanova Yeganə

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Əvvəlki məqalə3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçilik tarixində mühüm hadisə
Növbəti məqalədəGəncə şəhərinin ilk raket hücumuna məruz qalmasından üç il ötür – VİDEO