Sakinlər müraciət etdi, İcra başçısı tapşırıq verdi – Məsələ həll olunur

0
3303
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi rayonunun sakinləri ilə keçirdiyi səyyar qəbullar və digər görüşlər zamanı qaldırılan müxtəlif məzmunlu müraciətlərin müsbət həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
Bineqedi.com-a verilən məlumata görə, görüşlər çərçivəsində rayon sakinlərini narahat edən problemlər dinlənilir, hazırlanmış tədbirlər planı əsasında mərhələli şəkildə icra olunur, eyni zamanda, aidiyyəti qurumlara müraciətlər ünvanlanır.
Cari ildə rayonun müxtəlif qəsəbələrinin sakinlərinin yaşadıqları küçələrin asfaltlanması ilə bağlı müraciətləri nəzərə alınaraq, 3470 nəfər sakinin yaşadığı 12 fərqli ünvanda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə asfalt örtüyü çəkilmiş və vətəndaş məmnunluğu təmin edilmişdir.
Belə ki, Biləcəri qəsəbə ərazisində 2 küçəyə, 28 May qəsəbə ərazisində 2 küçəyə, Xocəsən qəsəbə ərazisində 3 küçəyə, Binəqədi qəsəbə ərazisində 5 küçəyə, ümumilikdə 14893.5 kv.metr asflt örtüyü çəkilmişdir.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə klinika sahibinin evinə basqın edən şəxslərlə bağlı QƏRAR
Növbəti məqalədəMakronu idarə edən qadınlardan biri: erməni Astrid kimdir?