YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclası keçirilib

0
65

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın Gənclər Birliyinin Şura iclası keçirilib.

Bineqedi.info xəbər verir ki, iclasda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev və Gənclər Birliyinin Şura üzvləri iştirak ediblər.

İclasda Gənclər Birliyinin cari fəaliyyəti, qarşıdan vəzifələr və gənclərin fəallığının daha da artırılması ilə bağlı bir sıra məsələlər geniş müzakirə olunub.

İclası giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev ilk öncə iclas iştirakçılarını salamlayıb.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatlar haqqında danışaraq qeyd edib ki, bu islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib, partiyamızda da hər zaman gənclərə xüsusi diqqət, qayğı göstərilir. Yeni Azərbaycan Partiyası hər zaman gəncərin təşəbbüskarlığını dəstəkləyir və qiymətləndirir.Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Gənclərin irəli sürdüyü layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan kreativ fikirlər praktikada uğurla reallaşdırılır. O, rayon təşkilatının gənc fəallarını daha da fəal olmağa və yeni-yeni təkliflər, təşəbbüslərlə çıxış etməyə çağırıb.

Sonda Gənclər Birliyinin Şura üzvlərinə uğurlar arzulayıb.

İclasda geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyuşov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. İştirakçıların diqqətinə çatdırıb ki, partiyamızın 750 mindən artıq üzvü var və onların da 40 faizini gənclərin təşkil etməsi onların siyasi və ictimai fəallığının göstəricisidir. Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ramiz Göyüşov ölkəmizin inkişafında, müasirləşməsində, yeniləşməsində onların rolunun əvzəsiz olduğunu vurğulayıb.

yap-bineqedi-rayon-teskilati-ramiz-goyusov1Sədr diqqətə çatdırıb ki, hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən asılıdır. Çıxışının sonunda partiya gənclərə ideoloji sahədə fəaliyyətin daha da gücləndirilməsi, sosial şəbəkələrdə aktivliyin artırılması üçün tövsiyyə və tapşırıqlarını verib.

İclasda YAP Binəqədi rayon təşkilatının aparatın baş məsləhətçisi, Gənclər Birliyinin Şura üzvü Kubra Əliyarlı çıxış edərək bildirib ki, YAP Gənclər Birliyi də bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. Eyni zamanda gənclərə yaradılan şəraitdən də gənclərimiz səmərəli istifadə etməli, dövlətçiliyimizn təbliği və inkişafına öz töhfələrini verməlidirlər. Gənclərimiz daim ayıq-sayıq olmalı, vətənimizin müdafiəsi, ulu öndər Heydər Əliyev ideyalarının yaşadılmasına səylə çalışmalıdırlar. Ölkəmizin uğurlarına kölgə salmağa cəhd edən şəxslərə qarşı mübariz olmalıdırlar. Kubra Əliyarlı sosial şəbəkələrdə də gəncləri fəal olmağa çağırıb.

İclas gənclərin fikir mübadiləsi ilə yekunlaşıb.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə təhsil: 283 nömrəli tam orta məktəb barədə məlumatlar
Növbəti məqalədəBinəqədidə 21 yaşlı gənc niyə bıçaqlanıb? – Məhkəmə