Məsuliyyətli və həm də şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gələn polis kapitanı – Rasim Qocayev

0
13911
rasim-qocayev-bineqedi-polis-reis-muavini

Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələrkən bütün başqa sahələrlə bərabər, polis orqanlarının müasir səviyyədə formalaşmasına çox böyük diqqət göstərib.

Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrdə gənc kadrların seçilməsinə, onların yüksək hazırlığının təşkilinə xüsusi diqqət yetirib.

Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də dövlət orqanlarına kadr seçimində Heydər Əliyev siyasətini uğurla davam etdirir.

Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi – bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərib.

Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında Azərbaycanda polis orqanlarında islahatların uğurla getdiyini, peşəkarlığın daha da artdığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılır.

Cənab nazir Vilayət Eyvazov da hər zaman öz çıxışlarında vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, digər hüquq-mühafizə orqanları ilə birlikdə gərgin səylər hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında Ulu Öndərin və möhtərəm Prezidentin vurğuladıqları kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırır.

Ulu Öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə ölkənin parlaq gələcəyinin işgüzar, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu vurğulayıblar.

Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir, onun rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

Ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərməsinin nəticəsidir ki, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclər dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilirlər.

Belə təyinatlardan biri də bir müddət öncə Binəqədi Rayon Polis İdarəsində gerçəkləşib.

Yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı, savadlı gənclərdən olan polis kapitanı Rasim Qocayevin Binəqədi Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinatı məhz yuxarıda sadaladıqlarımızın bariz nümunəsidir.

Cənab nazir Vilayət Eyvazov hər zaman gənc polis əməkdaşları ilə söhbətlərində polis adını uca tutmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edir.

Rasim Qocayev də fəaliyyətində məhz bu prinsipləri əsas tutur.

O, xidmətə başladığı ilk illərdən indiyədək hər zaman polis adını uca tutur, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, cinayətkarlıqla mübarizədə hər zaman dövlətin və qanunun mənafeyindən çıxış edir.

Tam əminliklə demək olar ki, Rasim Qocayev dövlətçiliyə, anda, Vətənə sədaqətlə xidmət edən, göstərilmiş etimadı layiqincə doğruldan kadrlardan biridir.

Rasim Qocayev Vətənə, dövlətə və anda sadiqdir, gənclərə göstərilən dövlət qayğısını, ali diqqəti nümunəvi xidmətləri ilə doğruldur.

Polis əməkdaşları demək olar ki, hər yerdədir. Bəzən onlar təcili yardımın funksiyalarını icra edir, qaydalara uymayanları israrla, həm də səmimi formada başa salmağa çalışır və 24 saat gərgin fəaliyyət göstərirlər.

Biz polis kapitanı Rasim Qocayev kimi polisimizlə fəxr edirik.

Binəqədi Rayon Polis İdarəsində vətəndaşların qəbulu və müraciətlərinin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır, “102” Xidmətinə, qaynar xəttə Binəqədi rayonu ilə bağlı daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış müraciətlərə çevik reaksiya verilir.

Vətəndaş hansısa çətinliklə üzləşəndə dərhal müraciət edəcəyi ilk orqan polisdir.

Hər bir müraciət, təklif, şikayət araşdırılır, dəqiqləşdirilir, həlli üçün konkret iş görülür. Ən əsası isə bu proses qısa müddətdə həyata keçirilir.

Narkotiklər, həmişə təhlükəlidir, çünki güclü psixotrop təsirə malik narkotiklər təkcə cinayətə meyillilik yaratmır, həmçinin sağlamlığa ciddi ziyan vurur. Ölkəmizdə, o cümlədən Bakı şəhərində, həmçinin yaşadığımız Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə cəmiyyətin sağlamlığına xidmət edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi bəzən uşaqları cinayətə meyilli insanları təsirinə salır.

Məhz belə halların qarşısının alınması məqsədilə Binəqədi rayonunda da müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir.

Orta məktəblərdə keçirilən maarifləndirmə tədbirlərində də polis kapitanı, Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Rasim Qocayev yaxından iştirak edir.

Şagirdlərə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti, hüquq və vəzifələri izah olunur.

Belə tədbirlərdə Rasim Qocayevin də qeyd etdiyi kimi, sabahımızın qurucuları olan gənclərin onlara olan etimadı layiqincə doğrultmaları üçün vətənpərvərlik ruhunda tərbiyə olunmaları çox əhəmiyyətlidir.rasim-qocayev-bineqedi-polis-reis-muavini1.png

Rasim Qocayev kimi peşəkar kadrlar məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının, cənab nazir Vilayət Eyvazovun onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.

Gənc polis kapitanı Rasim Qocayevin bundan sonra da fəaliyyətini layiqincə, peşəkarlıqla həyata keçirəcəyinə, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsini təşkil edəcəyinə, ölkədə əmin-amanlığın davamlılığının təmin olunması üçün qüvvə və bacarığını əsirgəməyəcəyinə əminik.

Ona və Azərbaycan daxili işlər orqanlarının bütün əməkdaşlarına bu çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.

Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Tural Zeynalovun xatirəsi anılıb – Foto
Növbəti məqalədəBinəqədidə qardaş bacısını boğaraq öldürüb