Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi-Balaxanı yolunda qeydə alınıb.
“Toyota Prius” markalı avtomobil ötmə əməliyyatı edərkən betonqarışdıran maşınla toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişini Elşad İmanzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.