Vətən müharibəsi şəhidi Ağayev Həmdəm Mayıl oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edilmişdir.
Bineqedi.com-a verilən məlumata görə, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak edirdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürur mənbəyimiz olmuş və belə də olacaqdır. 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən, otuz il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Elxan Allahverdiyev Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında Həmdəm kimi, vətənpərvər qəhrəman oğullarımızın göstərdiyi şücaət xalqımızın Zəfər tarixinə qızıl hərflərlə yazılıb.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Bineqedi.com