Noyabrın 13-nə keçən gecə Binəqədinin Matadrom yaşayış massivində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Hadisənin 1999-cu il təvəllüdlü İzmir Savadovun və 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.
Nəticədə H.Əliyev maşından düşərək 24 yaşlı İzmirə bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.