Binəqədidə tikiş sexi və anbarda yanğın olub

0
1731
yangin taxta sexi

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Bineqedi.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ümumi sahəsi 313 kvadratmetr olan tikilinin (tikiş sexi və anbar kimi fəaliyyət göstərir) içərisində bir ədəd dəzgah və 10 top parça yanıb.

Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 kvadratmetr sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda 15 yaşlı qız itkin düşüb.

Bakı şəhəri Binəqədi qəsəbəsi, mədən 1, korpus 10, ev 105 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Xəyalə Abbasova Binəqədi RPİ-nin 43-cü-PB-nə ərizə verərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı – 2008-ci il təvəllüdlü Aişə Abbaslı evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağla Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü-PB-də araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədi Rayon Gənclər və İdman İdarəsinə protokol yazıldı
Növbəti məqalədəBinəqədidə qadın əqli məhdudiyyətli şəxs tərəfindən izlənilir? – DİN-dən AÇIQLAMA + FOTO