Binəqədidə evdən 15 min manatlıq qızıl və 10 min manat pul oğurlanıb

0
1287
besinci-polis-bolmesi.

Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobil 55 yaşlı qadın piyadanı vuraraq öldürüb.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, noyabrın 16-da Azadlıq prospektində Binəqədi kəndi istiqamətində 1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi 90-RJ-083 dövlət qeydiyyat nişanlı “Mitsubishi Airtrek” markalı avtomobillə hərəkətdə olarkən həmin vaxt yolu sağdan sola keçməkdə olan piyada – 1968-ci il təvəllüdlü Aygün Həsənovanı vurub. A.Həsənova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Əvvəlki məqaləDaşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılır
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO