Binəqədinin bu ərazilərində qaz olmayacaq

0
1367
qaz-kesilecek-xeberdarliq-mavi-yanacaq

“Tbilisi prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bineqedi.com xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, Xutor yaşayış massivinin, Vorovski qəsəbəsinin tam olaraq, M. Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Əvvəlki məqaləBakı Ağır Cinayətlər Məhkəməsi köçürülür
Növbəti məqalədəBaş nazirdən əmək pensiyaları ilə bağlı – Qərar