Paşinyan danışarkən işıqlar söndü – Video

0
1678
pasinyan

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı işıq sönüb.

Bineqedi.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Bu zaman Paşinyan çaşqınlıqla ətrafa baxıb. Bir neçə saniyədən sonra isə işıqlar yenidən yanıb.

O, buna görə ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı tənqid edib.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisi keyfiyyətsizdir və hətta hökumət binalarında kabinetlərdə daima işıqlar əsir.

 

Əvvəlki məqaləBinəqədi rayonunda “Tarixi Qələbə və Zəfərlər Partiyası” adlı tədbir keçirilib – Foto
Növbəti məqalədəBinəqədidə taxta bazarında baş verən yanğın yerindən – FOTO – Video