Yaqut Qarayeva: “Hepatit A xəstəliyinin müalicəsi üçün xüsusi dərman vasitəsi yoxdur”

0
1160
yaqut-qarayeva-korona

“Hepatit A xəstəliyinin müalicəsi üçün xüsusi dərman vasitəsi yoxdur”.

Bineqedi.com saytı xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, belə xəstələrə pəhriz, istirahət, maye qəbul etmələri məsləhət görülür.

“Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir”.

Yaqut Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.

Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.

Həkim, həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:

“Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir”.

“Hepatit A virusuna qarşı vaksin var”.

Onun sözlərinə görə, vaksin uzun illərdir istifadə edilir və təhlükəsizdir:

“İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda hepatit A virusunun vaksini bir və altı yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftə ərzində vaksin vurulmamalıdır”.

Əvvəlki məqaləBinəqədidə YAP fəalları ilə növbəti görüş keçirilib – FOTO
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO