“Hamısı yalandır!” – DİN rəsmisindən vətəndaşlara MÜRACİƏT

0
1830
DİN-Elsad

Daxili İşlər Nazirliyi son vaxtlar daha da yayılan kiberdələduzluq faktları ilə bağlı əhaliyə müraciət edib.

Bineqedi.com xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bank kartları istifadəçilərinin kartlarını tanımadıqları şəxslərə göndərməsi təhlükəlidir:

“Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəyəm” desə, göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim” desə, göndərməyin! Kimsə sizə “kampaniya var – ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” desə, etməyin! Kimsə sizə “onlayn iş fürsəti var, pulköçürmələrdən qazana bilərsiniz” desə, qoşulmayın! Hamısı yalandır!”

“Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatlandırmalıyıq”.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO
Növbəti məqalədəQəzaya uğrayan təcili yardım maşını aşdı – Video