Noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Qəza Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, Rəşid İsmayılov küçəsində 1988-ci il təvəllüdlü Rasim Sərdar oğlu İsmayılov yolun piyada üçün müəyyən edilməyən hissəsindən əks tərəfə keçərkən onu minik avtomobili vurub. Piyada ağır bədən xəsarətləri alıb. O, hadisəni törədən sürücünün köməyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeydə alınan hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.