Binəqədidə Vətən müharibəsi şəhidi Seymur Hüseynoğlunun xatirəsi anılıb

0
2052
Vətən müharibəsi şəhidi Seymur Hüseynoğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edilmişdir.
Bineqedi.com-a verilən məlumata görə, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, RİH başçısı Aparatının şöbə müdiri Səməndər Mənəfov iştirak edirdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Bineqedi.com
Əvvəlki məqaləAzərbaycanda orta və yaşlı əhali qızılcaya görə vaksinasiya olunacaq
Növbəti məqalədəHəsən bəy Zərdabinin Anım Günü münasibətilə keçirilən tədbir böyük marağa səbəb oldu – VİDEO