Bu yoldan keçənlər cərimələnəcək – Video

0
2037
bineqedi-rayon-yol-temir.png

4 xətt üzrə-7A, 7B, 11 və 93 nömrəli avtobusların yolu 1,3 kilometr qısaldılıb.

Bineqedi.com saytı xezerxeber.az-a istinadən xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyib ki, ərazidə təhlillər aparılıb və ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədilə dəyişiklik edilib.

Yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Ziya Bünyadov prospekti, Ayna Sultanova istiqamətində yerləşdirilən işıqfor yalnız avtobuslar üçün nəzərdə tutulub.

Ərazidə yol polisi də nəzarəti artırıb və düzünə hərəkət edən digər sürücülər 40 manat cərimə edilirlər.

Mövzu ilə bağlı hazırlanan videomaterialı təqdim edirik:

Əvvəlki məqaləBacısının qətlində təqsirləndirilən şəxsin məhkəməsi: yumruqla vurub, bədənində siqaret söndürüb
Növbəti məqalədəBakıda 9 yaşlı şagird qızılcadan öldü