Binəqədidə kafe və mağazadan oğurluq edən şəxs tutuldu

0
1818
bineqedi-polis-bolmesi

Bakıda kafe və mağazadan oğurluq edən şəxs ələ keçib.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 29-da Xocəsən qəsəbəsi ərazisində yerləşən bir kafe və mağazadan 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü H.Ağayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləVətəndaş pensiya yaşına çatmasa… – Yığılan kapitalın aqibəti necə olur? – FOTO
Növbəti məqalədəDaha bir uşaq qızılcadan vəfat etdi – TƏFƏRRÜATLAR