Binəqədidə iki avtomobil toqquşub, xəsarət alan var – FOTO

0
2043
polis

Bakının Binəqədi rayonunda iki maşının toqquşması zamanı bir nəfər xəsarət alıb.

Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı maşının sürücüsü “Stop” nişanının tələbinə əməl etməyib. Sürücü yolayrıcından keçərkən “Mitsbushi” markalı maşına çırpılıb.

Hadisə nəticəsində “Toyota”da olan sərnişin xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə ağacəkmə aksiyası keçirilib – FOTO
Növbəti məqalədəBu mərkəzi küçələrdə dəyişiklik edildi – Foto