Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.com xəbər verir ki, avtomobil yolu keçən 1943-cü il təvəllüdlü Gülüstan Əşrəf qızı Şamirovanı vurub.
Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
***
Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.
Hadisə zamanı İlyas Zəkulla oğlu Məmmədov qarın boşluğundan bıçaq xəsarət alıb.
İlyas Məmmədov Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.