Ceyhun Bayramov: “Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik”

0
1930

“Mən bir daha bütün aidiyyəti tərəfləri Azərbaycan və Ermənistan arasında normallaşmaya zərər verməməyə çağırıram. Biz hamımız birlikdə, Avropa təcrübəsinə əsaslanaraq Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq sahəsinə çevirməyə çalışmalıyıq”.

Bineqedi.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

“Biz Ermənistana etdiyimiz bərabər və ədalətli sülh təklifimizi bir daha təkrarlayırıq və ikitərəfli əsasda və ya hər hansı qərəzsiz və neytral üçüncü tərəfin vasitəçiliyi ilə işləməyə çağırırıq. Biz Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik. Sülhün və mehriban qonşuluq münasibətlərinin faydaları bəzi uzağı görə bilməyən geosiyasi manipulyasiyalara qurban verilməməlidir.

Ortaq maraqlara, qətiyyətə, qarşılıqlı hörmətə və faydalara diqqət yetirməklə, biz daha firavan, sabit və əlaqəli “Şərq Tərəfdaşlığı” regionu qura bilərik”, – deyə o qeyd edib.

“Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur”.

“Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur.

Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”, – deyə o qeyd edib.

Əvvəlki məqaləTələbələrə ŞAD XƏBƏR: Kirayə haqqı və yolpulu verilə bilər – VİDEO
Növbəti məqalədəBinəqədidə Vətən müharibəsi şəhidi Tacir Əhmədovun xatirəsi anılıb – Foto